Kanala düşən nişanlılar həlak oldu

  • 17.08.2019
  • 0

Türkiyənin Osmaniye vilayətində avtomobil su kanalına düşüb.

Redaktor.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Ali Üstünel (25) və onun nişanlısı boğularaq can veriblər.

Üstünelin cansız bədənini hadisə yerindən 7 km uzaqda, nişanlısının cəsədini isə kanalın qonşu kənd ərazisindən keçən hissəsində aşkar ediblər.

Cinayət işi açılıb, araşdırma gedir.

Nə düşünürsən?