Bayıl sürüşmə yamacı abadlaşdırılacaq

  • 17.08.2019
  • 0

Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi məlum olub.

REAL xəbər verir ki, tenderin qalibi “Şa-İnşaat” MTK olub.

Bağlanmış müqaviləyə əsasən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi  Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün “Şa-İnşaat” MTK-ya 250 min manat ödəyəcək.

Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb. 

Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.

Nə düşünürsən?