Oğru dəstəsi ələ keçdi

  • 17.08.2019
  • 0

Abşeronda oğru dəstəsi ələ keçib. APA TV-nin məlumatına görə, polis əməliyyatı nəticəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Quliyev və 1996-cı il təvəllüdlü Bəxtiyar Nərimanov saxlanılıb.

Saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən edilib: “Fatmayı, Digah qəsəbələrində bir neçə mənzilə girmişik. Baxmışıq ev yiyəsi evdə yoxdur, pul, qızıl götürmüşük. Götürdüyümüz qızılları da satıb, bir yerdə xərcləmişik”.

“Mehdiabad qəsəbəsindən dostumla oğurluq elədik. Bir-iki evdən qızıl aparıb, satdıq”.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.

Nə düşünürsən?