Şirvanda yeni qəsəbə salınıb

  • 17.08.2019
  • 0

Şirvan şəhərində məcburi köçkünlər üçün salınan qəsəbədə son tamamlama işləri görülür.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şəhərin 10 hektar ərazisində 685 məcburi köçkün ailəsi üçün 13 ədəd 9 mərtəbəli, 2 girişli bina və bütün infrastruktur tikililər inşa edilib: “Məcburi köçkünlərin məskunlaşması üçün 2019-cu ilin yanvar ayında Şirvan şəhərində 13 yaşayış binası, məktəb, uşaq bağçası və digər köməkçi tikintilərin inşasına başlanıb. Hazırda tikinti tamamlanma ərəfəsindədir. İnsanların burada yaşaması üçün infrastruktur tam öz əksini tapıb. Göründüyü kimi yaşıllıqlar və yol örtükləri salınır. Yaxınlarda binalar vətəndaşların ixtiyarına veriləcək”. 

Qəsəbənin ərazisində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, ATS binası tikilib. Eyni vaxtda qəsəbədə isitmə sistemi olan mərkəzi qazanxana, 4 ədəd su anbarı, o cümlədən 2 yanğından mühafizə və 2 içməli su anbarında işlər yekunlaşıb və avadanlıqların quraşdırılması proses gedir. Yaşıllıq işləri, park, abadlıq, küçə şəbəkəsi və qəsəbəyə gələn 1,7 kilometrlik yolun inşasında da yekun işlər yerinə yetirilir”.

İşlərin tez və keyfiyyətlə aparılması üçün inşaat işlərinə 17 şirkət, 600-dən çox işçi qüvvəsi, 100-ə qədər texnika cəlb olunub. Qəsəbənin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün yarımstansiya, 10 kilometrlik yüksək gərginlikli xətlər və istilik sisteminin təminatı üçün qaz xətləri çəkilib. 

Nə düşünürsən?