Abşeronda evlərə qənim kəsilən iki dost yaxalanıb

  • 16.08.2019
  • 0

Abşeronda oğurluqla məşğul olan iki dost saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşlarının əməliyyatı zamanı iki dost - 26 yaşlı Rəşad Quliyev və 23 yaşlı Bəxtiyar Nərimanov saxlanılıb.

Onların Mehdiabad, Fatmayi və Digah qəsəbələrində, ümumilikdə 20-ə yaxın mənzildən oğurluq etdiyi müəyyən olunub. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 800 manat maddi ziyan vurublar.

Əvvəllər eyni əmələ görə bir dəfə məhkumluq həyatı yaşayan şəxslər bu ilin aprel ayında azadlığa çıxıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.