Sabirabdda tarixi bina satışa çıxarılıb - Sakinlər narazıdır

  • 16.08.2019
  • 0

Sabirabdda 15 il əvvələ kimi hamam kimi fəaliyyət göstərən tarixi tikili satışa çıxarılıb. Bu isə sakinləri narahat edir.

Xezerxeber.az-ın məlumatına görə, 1901-ci ildə inşa edilən və tarixi memarlıq abidəsi kimi qorunan hamam satışa çıxarılıb.

Tarixi hamam Sabirabad rayonunun Füzuli küçəsində yerləşir. Tikili ölkə üzrə qeydiyyatda olan 6308 abidədən biridir. Eləcə də, rayon üzrə qeydiyyata alınan 17 yerli əhəmiyyətli tarixi əhəmiyyətli memarlıq abidəsindən biridir. Tikili hamam kimi 2005-cı ilə qədər Ağa Tağıyev tərəfindən fəaliyyətini davam etdirib və sonra bağlanıb.

Ağa Tağıyev bildirib ki, bir neçə gün bundan öncə onlar tarixi memarlıq nümunəsi olan hamamın hərrac yolu ilə satışa çıxarldığından xəbər tutub və bundan narahat olublar.

Hamamı almaq istəyən Mübariz Məmmədbəyov adlı şəxs əraziyə gələrək, hamamı almaq üçün hərracda iştirak edəcəyini bidiriib. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov bidirib ki, yerli əhəmiyyətli tarixi abidələr istənilən fiziki şəxs tərəfindən özəlləşdirilə bilər. Amma həmin şəxs özəlləşdirmək istədiyi abidəni hansı məqsədlərlə istifadə edəcəyi ilə bağlı layihə hazırlayaraq Dövlət xidmətinə göndərməlidir. Xidmətin əməkdaşları tərəfindən həmin layihəyə baxış keçirilir. Binada aparılacaq işlər memarlıq üslubuna xələl gətirməyəcəyi təqdirdə razılıq verilir. Əks halda isə icazə verilmir. İcazə verildiyi təqdirdə həmin şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək özəlləşməni həyata keçirir. O ki qaldı hamamın satılmasına, Fariz Hüseynov bidirib ki, bu barədə onlara heç bir müraciət ünvanlanmayıb. Sadəcə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hamamın satılması barədə müraciət ünvanlanıb. Xidmətdən bildirilib ki, onların icazəsi olmadan hamam satışa çıxarıla bilməz.

Nə düşünürsən?