Pensiyaçılar bu xəbəri mütləq oxusun

  • 16.08.2019
  • 0

Oktyabrın 1-dən minimum pensiya məbləğinin artırılması yüzminlərlə vətəndaşı əhatə edəcək.

Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib ki, dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləgi bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğ 149 manatlıq pensiyaçilar üçün yaşayış minimumunu 34,2 faizədək üstələyir.

Mustafa Abbasbəyli qeyd edib ki, pensiyaların artımı bununla yekunlaşmayacaq.

Nazir müşaviri qeyd edib ki, həm pensiyaların artırılması, həm də digər sosial islahatlar Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş məmnunluğunun dayanmasını sübut edir.

Mustafa Abbasbəyli qeyd edib ki, sosial sahədə islahatlar qarşıdakı illərdə də həyata keçiriləcək.

Nə düşünürsən?