Brüssel rəngarəng güllərə qərq oldu

  • 16.08.2019
  • 0

Avqustun 14-dən 18-dək Belçikanın paytaxtı Brüsseldə “Flowertime” - Beynəlxalq gül sənəti festivalı keçirilir.  

“Qafqazinfo”nun “Euronews”a istinadən məlumatına görə, festivalda 30-dan çox florist “Gül emosiyalı dünya” mövzusunda öz əl işlərini nümayiş etdirir. Şəhərin meriya binasının önündə güldən ibarət arka quraşdırılıb. Brüsselin simvolu sayılan “Manneken Pis” heykəli də rəngarəng güllərə bürünüb. 

Qeyd edək ki, “Flowertime” festivalı ildə iki dəfə keçirilir. Budəfəki sərgidə 100 mindən çox gül təqdim edilib.

Nə düşünürsən?