“Təmiz hava” aylığı çərçivəsində SOCAR-ın 4 saylı Texnoloji Nəqliyyat Departamentinə baxış keçirilib

  • 16.08.2019
  • 0

Ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması məqsədi ilə "Təmiz hava" aylığı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Texnoloji Nəqliyyat Sahəsinə baxış keçirilib.

“Report”un xəbərinə görə, qarajda 4 nəqliyyat vasitəsinə baxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xatırladıb ki, avqust ayının 1-dən 15-dək Bakı şəhərinin küçə və prospektlərində, eləcə də 9 müəssisədə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşları ilə birlikdə ekoloji vəziyyətin yaxşılaşdırılması və nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması ilə əlaqədar "Təmiz hava" aylığı tədbirində bir sıra işlər görülüb: “15 gün müddətində "Atmosfer havasının mühafizəsi haqqında" qanunvericiliyin tələblərinin təmin edilməsi, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasının qadağan olunması, Bakı şəhərində nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda nəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələrin atılması nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş zərərin müəyyənləşdirilməsi təmin olunub. 

Nə düşünürsən?