Yevlaxda camışçılığa maraq artır

  • 15.08.2019
  • 0

Son bir neçə ildə camış saxlayanların sayında ciddi azalma müşahidə edilir. Təsərrüfatçılar bunu həmin canlının daha çox ot, yemlə qidalanması ilə əlaqələndirlər.Amma buna baxmayaraq Yevlax rayonunda bu heyvana maraq olduqca çoxdur.

Su sevən heyvanın ətinə o qədərdə tələbat olmasada südü, qatığı baha olması ilə diqqət çəkir. Daha çox qamışla qidalanan canlıya Yevlaxın Hürüuşağı kəndində maraq böyükdü.

Kənd sakinlərinin sözlərinə görə, digər iribuynuzlara müqayisədə camış çox qida qəbul etsədə, xəstəliyə az yoluxur. Həmçinin həmin kəndlərdə suyun bolluğu sözügedən heyvanın rahat bəslənməsinə şərait yaradır.

Kənddə həm ətlik,həmdə südlük istiqamətli heyvanlar bəslənir. Qış fəsilinə dözümsüz olan canlı, soyuq aylarda əsasən qapalı şəraitdə saxlanılır.Bazarda süd verən heyvanın qiymətidə bahadır.Ümumiyyətlə fermerlər bu heyvanın baxmağın o qədərdə çətin olmadığını bildirilər.

Camış nisbətən gec bala verir. Həmçinin inəklə müqayisədə camışın dünyaya gətirdiyi kəlçə gec böyüyür. Buna görə camışın balasının kökəldilməsinə maraq azdır.

Nə düşünürsən?