Oğuzda sakinlər şikayət etdi, kömür quyuları bağlandı

  • 15.08.2019
  • 0

Oğuz rayonunun Calud kəndi ərazisindəki kömür quyularının fəaliyyəti dayandırılıb.

Xezerxeber.az xatırladır ki, kömür quyuları yaxınlıqda yaşayan kənd sakinlərini təngə gətirmişdi. Quyulardan çıxan tüstü evlərə dolur, sakinləri narahat edirdi.

Oğuz rayonunun Calut kənd sakinləri deyir ki, kömür hazırlanması üçün meşələr qırılır və yandırılır, həm də çıxan tüstü birbaşa evlərə dolurdu. Bu da haqlı narazılıga səbəb olurdu.

İllərdir əziyyən çəkən kənd sakinləri məsələ ilə bağlı müraciət ediblər. Çoxlu müraciətdən sonra Calud kəndi ərazisində kömür quyularının fəaliyyəti kənd bələdiyyəsi tərəfindən dayandırılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, kömür quyuları sadəcə havanı korlamır, həm də torpağın münbit qatını məhv edir.

Kustar üsulla hazırlanmış 15 kömür quyusu uzun illər idi ki, kənd sakinlərinin xəstəlik mənbəyinə cevrilmişdi. Quyuların bağlanması kəndlilərin ürəyincə olub.

Calut kənd bələdiyyəsinin sədri Adil Şükürov isə bildirib ki, əvvəllər quyuları işlədən sakinlər əlavə işlə təmin olunublar.

Nə düşünürsən?