Yük maşınları ilə bağlı qərar

  • 15.08.2019
  • 0

Bakıda yük başını 37 Nömrəli Polis Şöbəsinin qapısını qırıb və divarın bir hissəsini dağıdıb.

Baş verən hadisə bizə yük maşınları ilə bağlı qəbul edilən qərarı yenidən xatırlatdı. Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 30 iyun tarixli qərarına əsasən paytaxtda çəkisi 5 tondan çox olan yük avtomobillərinin gündüz vaxtı hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə daha ətraflı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi danışdı.

Onun sözlərinə görə, yay aylarında səhər 07:00-dan axşam saat 22:00-dək, qış aylarında səhər saat 07:00-dan axşam saat 21:00-dək yük maşınlarının şəhərə gidişi qadağandır.

Baş Dövlət Yol Polisi İdarəsi idarə, müəssisə və fiziki şəxslərə məxsus kütləsi 5 tondan artıq olan yük avtomobillərinin sürücülərinə tövsiyə edir ki, yollarda hər hansı problemlə üzləşməmək üçün qeyd olunan vaxt rejiminə əməl etsinlər.