Kəskin qəzalı binalar söküləcək

15.08.2019 | 8 | 0

İstifadə müddətini keçməsi ilə əlaqədar paytaxt ərazisində kəskin qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək. Paytaxtın Binəqədi rayonunda 2 bina, Yasamal rayonunda 1 bina, Səbail rayonunda 1 bina, Sabunçu rayonunda 7 bina, Suraxanı rayonunda 4 bina, Xətai rayonunda isə 1 bina kəskin qəzalı olduğu səbəbindən söküləcək.

Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib. 

Kəskin qəzalı binalardan biri də Xətai Rayonunda yerləşir.

Artıq bu bina ilə də bağlı qərar verilib, binanın kəskin qəzalı vəziyyətdə olması burada təcili tədbirlərin görülməsini labüd edir.

Bununla bağlı Xətai rayon İcra hakimiyyəti tərəfindən müvafiq komissiya yaradılıb. Dövlət tərəfindən ayrılmış birdəfəlik yardımın təyinatı üzrə istifadə olunmasının təmin edilməsi məqsədilə komissiya üzvləri bina sakinləri ilə danışıqlar aparıb. 

Pənah İmanovun sözlərinə yeni tikiləcək yaşayış binasında mənzillərin sahəsi hazırda sakinlərin yaşadıqları mənzillərin sahəsindən 30-40% çox olacaq. 

Köçürülmə prosesi mərhələli şəkildə davam etdiriləcək. Sakinlərin kirayə haqları dövlət tərəfindən təmin olunacaq.

Nə düşünürsən?
Yüklənir...