Kök müğənni “Calvin Klein”in siması oldu

  • 15.08.2019
  • 0

Amerikalı müğənni Bet Ditto “Calvin Klein” brendinin reklam kampaniyasının siması oldu.


AzNews.az bildirir ki, bu barədə “Dazed” məlumat verib.


38 yaşlı Ditto markanın payız-qış kolleksiyasındakı “Seksuallıq nə deməkdir?” şüarı altında çıxan alt paltarı xəttini təqdim edib.


Şəbəkədə peyda olan şəkillərdən birində müğənni qara krujevalı büstqalterdə divanda uzanaraq, digərində isə ağ – qara büstqalterdə əlləri ilə başını tutaraq poz verib.


Fotoların müəllifi tanınmış feşn-fotoqraf Deniel Cekson olub.


Avqustun əvvəllərində məlum olmuşdu ki, “Calvin Klein”in yeni kampaniyasında fələstin əsilli Amerika supermodeli Bella Hadid və Britaniya supermodeli Naomi Kempbell də iştirak edib. Kanadalı operator Bardi Zeynalinin çəkdiyi videoda modellər müxtəlif dekorasiyalar fonunda növbə ilə müxtəlif alt paltarı nümayiş etdirirlər.

Nə düşünürsən?