Pilotun və qara qutunun axtarışı

  • 14.08.2019
  • 0

Azərbaycan hərbi hava qüvvələrinin qəzaya uğrayan miq-29 qırıcı təyyarəsinin pilotu Rəşad Atakişiyevin və təyyarənin qara qutusunun tapılması istiqamətində axtarışlar sürətlə davam etdirilir.

Bu barədə REAL TV-yə itkin düşən pilotun qaynatası, politoloq Qabil Hüseynli məlumat verdi. Onun sözlərinə görə hazırda gəmilər, texnikalar və dalğıcların köməyilə axtarışlar davam etdirir. Hava şəraiti əlverişli olduğundan, eləcə də görmə məsafəsi xeyli aydınlaşdığından ailə üzvləri pilotla, eləcə də təyyarənin qara qutusu ilə bağlı yaxın vaxtlarda bir xəbər alacaqlarına ümid edir. 

Qeyd edək ki, MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə aparılan axtarış tədbirləri nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. 

Xatırladaq ki, iyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və radarlardan itib. Qəzaya uğrayan təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb. 

Nə düşünürsən?