Mingəçevir SES-də təmir-bərpa işləri

  • 14.08.2019
  • 0

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Mingəçevir Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirir.


Bərpa işlərinə ehtiyac duyduğu üçün 2017-ci ildən fəaliyyətini dayandıran 6 saylı hidro aqreqatın təmirinə start verilib. Müasir standartlara uyğun şəkildə idarəetməyə qoşulacaq olan 6 saylı hidroaqreqatda işlər avqust ayının sonları tamamlanacaq.


Artıq bu günə qədər Mingəçevir SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransormator quraşdırılıb. Eyni zamanda avtotransormator müasir tipli sistemlərlə təmin edilib. 


Qeyd edək ki, Mingəçevir SES-də aparılan bərpa işləri 2020-ci ildə tamamlanacaq və itirilmiş enerji bərpa olunacaq.

Nə düşünürsən?