İŞİD-in minlərlə silah və texnikası ələ keçdi

  • 02.12.2017
  • 0

Suriyanın SANA agentliyi Deyr-əz-Zor vilayətində Əl-Aşar, Sabihan və Əs-Səlhiyə kəndlərində İŞİD terrorçularından götürülən silah və texnikanın görüntülərini yayıb. Oxu.Az-ın xəbərinə görə, Suriya ordusu terrorçulardan bir neçə min atıcı silah (Kalaşnikov avtomatı və tüfənglər), həmçinin iriçaplı tank əleyhinə pulemyotlar və 130 mm-lik M-46 topu götürüb. Bundan əlavə döyüşçülərin artilleriya qurğuları olan (152 mm-lik qaubitsalar) bir neçə yük maşını ələ keçirilib.

Nə düşünürsən?