İlk dəfə buğda bəhməzi düzəldildi

  • 13.08.2019
  • 0

Türkiyəli dietoloq Nur Tatlıoğlu deyib: “Bəhməz içmək orqanizmin ehtiyacı olan müxtəlif mineralları və bolluca enerjini bir qaşığa sığdırmaq deməkdir”. 

Tərkibindəki dəmir və kalsium səbəbiylə də bəhməz növləri hər yaşda olan insan üçün faydalıdır. Düzdür, hazırlandığı meyvə, yaxud giləmeyvəyə görə hər bəhməzin orqanizm üçün bir başqa əhəmiyyəti var. Yenə də gündə bircə qaşıq da olsa bəhməz içmək qaraciyərin işini asanlaşdırır. 

 Bu günədək üzüm, tut, ərik, alma, qarpız, əncir, şəkər çuğundurundan bəhməz hazırlandığı haqqında çox eşitmişik. Tərkibindəki təmiz şəkər bəhməzin karbohidrat qaynağı və enerji mənbəyi olmasının ən ümdə səbəbidir. 

 Bu gün sizə buğda bəhməzindən danışacağam. Bəlkə də təəccübləndiniz, amma, artrıq “Osmanbeyli” MMC-də buğda bəhməzi də hazırlanır. Bu bəhməz xərçəngin qarşısını almaqda digər bəhməz növlərindən bir addım öndədir. Buğda bəhməzinin tərkibində təbiətin ən güclü antixərçəngi –laetril var. 

 Xərçəng xəstələrinin müalicəsində alternativ variantlar axtaran həkimlərin ən birinci üz tutduğu şey buğda cücərtisidir. Bundan sonra, güman ki,  bu siyahıda ikinci yeri buğda bəhməzi alacaq.  Qədim yazılardan məlumdur ki, Orta Asiyada türklər buğda şirəsi deyilən bir içki içərək uzun və sağlam yaşayacaqlarına inanıblar. Atalarımızdan qalan bu inancın günümüzdə boy göstərməsi artıq əfsanə və ya rəvayət deyil. Buğda bəhməzi əlinizin çatdığı yerdədir. 

 Buğda cücərtisinin və ya bu cücərtinin şirəsinin xərçəngə qalib gəlməsinin bariz nümunəsi türkiyəli Dr. İlhami Güneraldır. O, buğda şirəsinin faydalarını belə anladır:

• İmmun sistemini gücləndirir;

• Tərkibində böyük miqdarda xlorofil maddəsi, 100-ə qədər vitamin, mineral var. Buna görə də orqanizm üçün əsl qida mənbəyidir;

• Buğda cücərtisində eyni çəkidəki portağaldan 60 dəfə artıq C vitamini, eyni çəkidəki ispanaqdan 8 dəfə artıq dəmir var. Sümükləri möhkəmləndirir;

• Qandakı toksinləri neytrallaşdırır;

• Maye oksigenlə dolu olan buğda cücərtisi qocalmanı ləngidir;

• Artıq çəkidən əziyyət çəkən insanlar üçün əsl möcüzədir. Orqanizmdə artıq yağların yanmasını sürətləndirir;

Bəli, buğda cücərtisi bu qədər xeyirlidir. İndi bir də buğda bəhməzinin bir qaşığındakı şəfaverici gücü düşünün. Dünyada ilk dəfə “Osmanbeyli” MMC tərəfindən hazırlanaraq sizin ixtiyarınıza verilən buğda bəhməzini gündəlik rasionunuza daxil etməkdə gecikməyin. Unutmayın, sağlamlıq xoşbəxtliyin əlifbasıdır!

Nə düşünürsən?