NATO qırıcısı Rusiyanın müdafiə nazirini aparan təyyarəyə yaxınlaşıb

  • 13.08.2019
  • 0

NATO-nun "F-18" qırıcısı Baltik dənizinin neytral suları üzərində uçan göyərtəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu və nümayəndə heyəti olan təyyarəyə yaxınlaşmağa çalışıb.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə,NATO qırıcısı rusiyalı Müdafiə nazirinin təyyarəsini müşayiət edən Rusiyaya məxsus "SU-27" təyyarələri tərəfində uzaqlaşdırılıb.


Rusiya Müdafiə nazirini aparan təyyarənin Kalininqraddan Moskvaya uçduğu bildirilir.

Nə düşünürsən?