Azərbaycanlı tələbə süni intellektlə idarə edilən qurğular hazırlayıb

  • 13.08.2019
  • 0

ürkiyədə kompüter və elektronika sahəsində təhsil alan azərbaycanlı tələbə maraqlı ixtiralar hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, 20 yaşlı İlkin Əliyev bir neçə ildir ki, robot və süni intellekt texnologiyaları üzərində işləyir. Onun hazırladığı qurğuları bir çox sahələrdə istifadə etmək mümkündür. Süni intellektlə idarə edilən qurğular ağırlığı götürür, taraz şəkildə saxlayır və istənilən ünvana çatdırır.

İlkin Əliyevin sözlərinə görə, onun hazırladığı qurğular Türkiyədə böyük maraqla qarşılanıb. Hətta bu fəaliyyətinə görə onu Türkiyənin Gənclər və İdman Nazirliyi diplom və sertifikatlarla təltif edib.

İlkin Əliyev hazırda bir neçə layihə üzərində işləyir. O, hazırladığı cihazları daha da təkmilləşdirmək niyyətindədir.

Nə düşünürsən?