Sabirabadda qəza: sürücü xəsarət alıb, onun azyaşlı nəvəsi ölüb

  • 13.08.2019
  • 0

Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qaratoğay kəndində qeydə alınıb. İçərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsinin olduğu avtomobil aşıb. Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?