Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi

  • 12.08.2019
  • 0

Çeçenistan prezidenti Ramzan Kadırov növbəti dəfə oyun zamanı hakimi təhqir edib.

Qol.az xəbər verir ki, bu, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda  yaşanıb.


Referinin idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən görüşün 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq baş hakim Aleksey Suxoyun ünvanına "Hakim, prezervativdir" deyib.

Qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Kadırov  2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

Nə düşünürsən?