Xəzəri çirkləndirən obyektlərin sahiblərinə sərt xəbərdarlıq

  • 11.08.2019
  • 0

Xəzərsahili çimərliklərin çirklənməsinin qarşısının alınması üçün ən sərt tədbirlər görüləcək.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin apardığı son monitorinqlərin nəticəsinə əsasən Xəzrsahili bir sıra çimərliklərdə dəniz suyunda çirklilik normadan artıq olub.

Ekologiya və Təbi Sərvətlər nazirinin müavini Firdovsi Əliyev "Xəzər Xəbər"ə bildirib ki, istirahət mərkəzlərinin böyük bir hissəsi tullantı sularının idarə edilməsi üçün "şambo" deyilən quyulardan istifadə edir. Lakin belə quyular müasir tələblərə cavab vermir. Son monitorinqlərlə konkret olaraq Xəzərsahili hansı istirahət mərkəzlərinin dənizə çirkab suyu axıdılması müəyyən eidlib v artıq onlara son xəbərdarlıq edilib.

Firdovsi Əliyev xatırladıb ki, bir müddət əvvəl restoranlarda təmizləyici qurğulardan istifadə edilməməsi ilə bağlı da xəbərdarlıqlara məhəl qoymayanlar var idisə, bu gün artıq obyektlərin 95 faizində müasir qurğular quraşdırılıb. Odur ki, istirahət mərkəzlərinin rəhbərləri də xəbərdarlıqları nəzərə almalıdır, çünki, onlara heç bir güzəşt edilməyəcək.

O, Bakıda son illər havada toz dumanının artmasına da aydınlıq gətirib və bildirib ki, yaranan mənzərənin əsas səbəblərindən biri daş karaxanalarıdır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm daş karxanaları, həm də Xəzərsahili çimərliklərdə monitorinqləri davam etdirəcək.

Nə düşünürsən?