Şəmkirdən Goranboya su kanalı çəkilir

11.08.2019 | 13 | 0

Goranboyda 25 min hektar sahədə su problemi yaşanır. Problemi kökündən həll etmək üçün Şəmkir ərazisindən Goranboya su kanalı çəkilir. Hazırda kanalın 2-ci hissəsinin tikintisi aparılır.

Xezerxeber.az-ın məlumatına görə, yayda suvarma suyuna ehtiyac artdığından Goranboyda su ilə bağlı problem yaşanır.

Problemin kökündən həll edilməsi üçün ölkə başçısının müvafiq sərəncamı ilə Şəmkirdən su kanalının inşasına başlanılıb. 2015-ci ildən ikinci mərhələsinə başlanan işlər tamamlanmaq üzrədir.

Şəmkir maşın kanalı 3 mərhələli tikintidən ibarətdir. Birinci hissəsi istismarda olan kanalın, hazırda ikinci növbəli tikintisində işlər aparılır. Kanalın üzərindəki körpü və bütün sel ötürücü keçidlərin quraşdırlması tamamlanıb. Hazırda bəzi hissələrdə betonlama, bəzi hissələrdə isə beton işlərinə hazırlıq gedir. Kanalın birinci hissəsi Samux rayonundan Goranboyun Dəyirmanlar kəndinə, ikinci hissəsi rayonun Veyisli yaşayış məntəqəsinə qədərdir.

Hazırda iş aparılan kanal vasitəsi ilə 25 min hektardan artıq torpaq sahəsini suvarmaq mümükün olacaq. Şəmkir maşın kanalının ikinci mərhələsində işlərin bu ilin oktyabr ayında başa çatdırılması gözlənilir.

Nə düşünürsən?
Yüklənir...