Bu məhsulun qiyməti ucuzlaşdı

  • 11.08.2019
  • 0

Soğanın qiyməti xeyli aşagı düşüb. Bərdə və ətraf rayonlarda becərilən soğan həm sahədə, həm də bazarlarda qiymət iki dəfəyə qədər ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, soğanın pərakəndə satışı 30-40 qəpik arasındadır.

Xırda soğanın qiyməti ucuz olduğundan alıcısı daha çoxdur. Bir kisə xırda soğan 4 manata satılır. Əsasən Ağdamdan gətirilən soğanlar qışa qalır.

Həm məhsulu becərənlər, həm də alqı-satqısı ilə məşgul olanlar bildirirlər ki, soğanın ucuzlaşmasına səbəb sahələrdə kütləvi yıgımın aparılmasıdır. Həm də bu il məhsul bol olub.

Nə düşünürsən?