Azərbaycanlı futbolçu Rusiyada yenə qol vurdu

  • 11.08.2019
  • 0

Rusiya birinci liqasının 7-ci turunda azərbaycanlı futbolçu Kamran Əliyev qol vurub.

Qol.az xəbər verir ki, gənclər millimizin oyunçusu olan Əliyevin komandası öz meydanında “Krasnodar-2”yə 3:1 hesabı ilə qalib gəlib. 46-cı dəqiqədə meydana daxil olan futbolçumuz cəmi 2 dəqiqə sonra komandasının üçüncü qoluna imza atıb.

Nə düşünürsən?