Azərbaycanda daha bir zəlzələ

  • 11.08.2019
  • 0

Zəlzələ ətraf rayonlarda da hiss olunub

Bu gün yerli vaxtla saat 15:22-də Zaqatalada üçüncü zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeralti Zaqatala stansiyasından 14 km cənub-qərbdə, Zaqatala ərazisində qeydə alinib. Üçüncü Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zaqatalada baş verən zəlzələ daha çox səhər saatlarinda hiss olunub. Yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınan Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələ rayonda bəzi yaşayiş evlərinə ziyan vurub. Maqov kəndində fərdi yaşayış evinin divarında çatlar yaranıb.digər evin divarı isə dağilib.Rayon İcra Hakimiyyətindən REAL TV-a bildirildi ki, hazirda rayon fövqəladə hallar komissiyasinin üzvləri evlərə baxış keçirirlər. Ətrafli məlumat veriləcək.

Nə düşünürsən?