Ermənilər işğal olunmuş Azərbaycan ərazilərinin təbiətinə böyük ziyan vurur

11.08.2019 | 7 | 0

Ermənistanın işğal olunmş ərazilərdə Azərbaycanın təbii sərvətlərini talaması və kənd təsərrüfatı əhəmiyyətli torpaqları məhv etməsi ilə bağlı "Azərkosmos"un təkzibolunmaz faktlarından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələyə münasibət bildirib.


Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ''Xəzər Xəbər''ə deyib ki, ermənilər gec-tez o torpaqlardan çıxacaqlarını bildikləri üçün hətta təbiətə qarşı da vandalizm aktı törədir.


Nazir müavini xatırladıb ki, ermənilərin təbiətə qarşı vandalizmi uzun illərdir davam edir. Xarici İşlər Nazirliyi ilə "Azərkosmos"un təqdim etdiyi ''İsa Bulağı'' ətrafında meşə sahəsinin qırılması və tikintinin aparılması, eyni zamanda, qanunsuz geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsi barədə görüntüləri də bunu bir daha təsdiq edir.


Firdovsi Əliyev açıqlayıb ki, Azərbaycanın 163 ehtiyatı təsdiqlənən filiz yatağı hazırda etmənilər tərəfindən istismar edilir. Nazir müavininin sözlərinə görə, ermənilərin torpaqlarımızdan vandalcasına faydalanmasını təsdiq edən başqa sübutlar da var.


Ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına və ətraf mühitə vurduğu ziyan milyarlarla dollar səviyyəsində qiymətləndirilir. Ekologiyaya və təbiyyətə vurulan ziyanlarla bağlı beynəlxalq təşkilatlara mütəmadi olaraq məlumat verilsə də, nəticəsi yoxdur.

Nə düşünürsən?
Yüklənir...