Tovuz sakini tullantılardan göz oxşayan sənət əsərləri yaradır

  • 10.08.2019
  • 0

Tovuz sakini Tahir Həsənov tullantılardan göz oxşayan əl işləri düzəldir. O, rəssam, heykəltaraş və oyma sənətini tətbiq edərək maraqlı sənət əsərləri yaradır. Xüsusi bacarığını 30 ildir davam etdirən usta bütün əl işlərini tullantı deyib atılan qalıqlardan ərsəyə gətirir.

Xezerxeber.az-ın məlumatına görə, Tahir Həsənovun ən kiçik əl işi bir-iki günə başa gəlir. Hövsələ və riyazi dəqiqlik tələb edən hər bir aksesuar yandırma üsulu ilə düzəldilir. Tüklər isə yapışdırıcılar vasitəsi ilə şüşə materiallar üzərində işlənir.

Yerli turist və sakinlərlə yanaşı xarici ölkələrdən də əl işlərinə maraq göstərilən usta, daha çox milli ornamentlərə, qədim musiqi alətlərinin düzəldilməsinə üstünlük verir. Ustanın ən bahalı əl işi kənd həyatı modeli və "Karib dənizinin quldurları" filmindəki gəminin modelidir. Hər ikisinin qiyməti 150-200 manat arasında dəyişir. Xırda əşyaların qiyməti isə 4 manatdan başlayır. Ustanın xüsusi bacarığının biri də odur ki, istifadə etdiyi boyaların böyük əksəriyyətini özünün hazırlamasıdır.

Ona tullantıları toplamaqda nəvələri kömək edir. Özündən sonra qız nəvəsinin sənətini davam etdirməyə maraqlı olduğunu deyir. Onun hazırda ən böyük arzusu düzəltdiyi əl işlərini müxtəlif sərgilərdə nümayiş etdiriməkdir.

Nə düşünürsən?