Hacıqabulda qəzalı vəziyyətdə olan binanın sakinləri köçürüləcək

  • 10.08.2019
  • 0

Hacıqabulda yerləşən və yaşı yüzü ötmüş qəzalı vəziyyətdə olan binanın sakinləri yeni binaya köçürüləcək. Artıq binanın sökülməsinə qərar verilib və inşa olunması üçün yeni yer ayrılıb.



Xezerxeber.az-ın məlumatına görə, söhbət Hacıqabul şəhərinin Əliağa Vahid küçəsi 47 ünvanında yerləşən 13 ailənin yaşadığı binadan gedir.



Hələ keçən əsirin əvvəllərində tikilən bina bu vaxta qədər heç vaxt təmir olunmayıb.



Binanın divarlarında və balkonlarında qalın çatlar əmələ gəlib.



Hacıqabul İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsindən bildirilib ki, Əliağa Vahid küçəsi 47 ünvanında yerləşən yaşayış binası keçən əsrin əvvəllərində inşa olunub. İstismar müddətini çoxdan başa vurub. Bununla bağlı Nazirlər Kabinetinə , Fövqəladə Hallar Nazirliyinə İcra Hakimiyyəti tərəfindən müraciətlər olunub. FHN-nin mütəxəssisləri tərəfindən binaya baxış keçirilib, müvafiq akt tərtib olunub, binanın sökülərək yenisinin tikilməsi qərara alınıb. Bunun üçün şəhər ərazisində müvafiq torpaq sahəsi də ayrılıb. FHN tərəfindən binanın layihə-smeta sənədləri hazırlanıb. Yaxın günlərdə vəsait ayrılması ilə yeni binanın tikintisinə başlanılacaq.

Nə düşünürsən?