Zaqatalada zəlzələ anı anbaan kameralarda

  • 10.08.2019
  • 0

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.


Redaktor.az bildirir ki, RSXM-dan verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.


Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.


***


Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.


Redaktor.az bildirir ki, yeraltı təkanlar hiss olunub. 


Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) təsdiqləyiblər. 


Zəlzələ barədə RSXM rəsmi məlumat da yayıb. RSXM-dən verilən məlumata görə, bu gün saat 11:35-də Zaqatala stansiyasindan 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.


4.9 maqnitudada baş verən zəlzələnin dərinliyi 2 km olub. Zəlzələ hiss edilib. / Apa

Nə düşünürsən?