Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib

  • 10.08.2019
  • 0

Avqustun 9-da Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.


Xezerxeber.az-ın məlumatına görə, ərazidəki bütün ağaclar budanıb, lazımi tədbirlər görüldükdən sonra saray bu gün qapılarını qonaqlarının üzünə açıb.



Yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.


Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirib və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edib.


Xaricdən gələn bir qrup turist də bir neçə gündür saraya girişin bərpa olunmasını gözlədiklərini bildirirlər.



Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın budağı qəflətən qırılaraq turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bağlanmışı.

Nə düşünürsən?