Üzüm yol kənarlarında baha, bazarlarda isə ucuz satılır

  • 09.08.2019
  • 0

Tovuzda sahələrdən yığılan üzüm yol kənarlarında və ya bazarlarda satışa çıxarılıb. Amma eyni üzüm müxtəlif satış nöqtələrində fərqli qiymətlərə satılır. Bəs bunun səbəbi nədir?

Xezerxeber.az-ın məlumatına görə, təsərrüfat sahibləri bağdan üzümü yığaraq yol kənarındaca satırlar. Qiymətlər də üzümün növünə və görkəminə görə dəyişir.

Əksər üzüm bağı sahibləri isə məhsullarını alverçilərə daha ucuz qiymətə satırlar. Elə bunun nəticəsidir ki, bazarlarda yol kənarından qiymətlər daha ucuzudur.

Satıcılar bildirir ki, alıcılar da üzümün bu qiymətə satışına narazılıq etmirlər.

Hələlik satış məntəqələrində və bazarlarda Kardinal, Təbriz və Prima adlı süfrə üzümləri satılır. Texniki növ üzümlər yetişdikdən sonra qiymətlərin ucuzlaşaraq 30-40 qəpiyə düşməsi gözlənilir.

Nə düşünürsən?