Buzovna çimərliyi tullantılardan təmizlənib

  • 09.08.2019
  • 0

Avqustun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə "Xəzərin mühafizəsində birik, birlikdəyik" devizi altında iməcilik keçirilib.

Xezerxeber.az xəbər verir ki, "Xəzər günü" ilə əlaqədar keçirilən aksiyada ETSN əməkdaşları, YAP nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak ediblər. Aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan-cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust "Xəzər günü" kimi qeyd olunur.

Nə düşünürsən?