Yüksək bal toplayan xeyli abituriyent ali məktəbə qəbul ola bilməyib

  • 09.08.2019
  • 0

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanıb. Məlum olub ki, ötənilki keçid balından yüksək nəticə göstərərək kənarda qalan xeyli abituriyent var. Hətta 500-600 bal yığaraq ali məktəbə qəbul ola bilməyənlər də çoxdur. Təhsil ekspertləri bunun səbəblərini açıqlayıb və təkrar ixtisas seçimi zamanı diqqət ediləcək nüansları sadalayıblar.

Xezerxeber.az-ın məlumatına görə, yüksək bal yığan xeyli abituriyent ali məktəbə qəbul ola bilməyib.

Təhsil eksperti Rövşən Abbasovun sözlərinə görə, bu il 1-ci və 4-cü qruplarda müəyyən bal aralıqlarında kəskin enmə müşahidə edilib. Eləcə də 3-cü qruplarda yüksək keçid balı olan ixtisasların balı nisbətən aşağı düşüb. Lakin bəzi aralıqlarda artım olub. Bu səbəbdən bu il əsasən kənarda qalan abituriyentlərin 3-cü ixtisas qrupundan olacağı gözlənilir.

Ekspert bildirib ki, 500-dən yuxarı bal yığaraq da kənarda qalan xeyli abituriyent var. Bu onu deməyə əsas verir ki, onların ixtisas seçimində peşəkar yanaşılma olmayıb.

Rövşən Abbasov deyir ki, boş qalan yerlərə ixtisas seçimi zamanı abituriyentlər diqqətli olmalıdır. Onlar ixtisas qrupundakı abituriyent sayına və universitetdə ixtisasa ayrılan yer sayına fikir verməlidir.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Nə düşünürsən?