Pensiyaçılara möhtəşəm xəbər!

  • 09.08.2019
  • 0

"Oktyabrın 1-dən 750 min pensiyaçının pensiyası artırılacaq"

“Bu il sosial inkişafla bağlı iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabərdir”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçıların, həm də işləyən vətəndaşların əmək haqları artırılıb: “İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əmək haqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”. 

Nə düşünürsən?