MTK sakinlərin cəmiyyət yaratmasına mane olur

  • 08.08.2019
  • 0

Sakinlərdən mənzilin hər kvadratmetrinə görə30 qəpikdən kommunal pulu yığılır amma bunun qarşılığında normal xidmət göstərilmir. Belə bir iddia ilə paytaxtın Binəqədi rayonu Naxçıvani küçəsində yerləşən ''Olimp'' MTK-nın sakinləri çıxış edirlər. Onların sözlərinə görə üstəlik MTK rəhbərliyi onların Mənzil Mülkiyyətçilərin Müştərəkə Cəmiyyəti yaratmasına da mane olur, lazım olan arayışı vermir.

Üstəlik sakinlər bildirir ki, hazırda mənzillərinə çıxarış almaq üçün MTK onlardanillərdir qanunsuz yığılan kommunal borclarının ödənilməsini tələb edir. Sözü gedən MTK-nın sədri Lətif Kərimov isə ondan sakinlərnə məxsusmüqavilənin istənildiyini və onuda vermək hüququnun olmadığını bildirir.

MTK sədri bildirir ki, həmin sakinlər kommunal ximdətə görə olan borclarına ödədikdən sonra onlara Çıxarış üçün lazım olan sənədlər veriləcək.

Nə düşünürsən?