Bərdədə işıq naqillərini güclü külək qırıb, sakinlərə cərimə yazılıb

  • 08.08.2019
  • 0

İyunun əvvəlində 10 min voltluq elektrik xəttinin qırılıb evlərə gedən naqillərin üzərinə düşməsi bir neçə kənd sakininə baha başa gəlib. Təbii fəlakət nəticəsində dəymiş zərər onlardan tələb edilir.

Xezerxeber.az-ın məlumatına görə, Bərdə rayonunun Qaradəmirçi kənd sakinləri deyir ki, iki ay əvvəl güclü küləyin əsməsi və yağışın yağması nəticəsində 10 min voltluq xətt qırılaraq evlərə gədən naqillərin üzərinə düşüb. Nəticədə 17 evin işıq sayğacı sıradan çıxıb.

Bir müddət sonra sayğaclar yenidən quraşdırılıb, amma dəyişdirlmə haqqı kənd sakinlərinin üzərinə düşüb. Belə ki, təbii fəlakət nəticəsində sıradan çıxan sayğacların pulun kənd sakinlərinə yeni təqdim olunan işıq pulu bildirişində əlavə məbləğ olaraq hesablanıb.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı lazımi müəssisələrə müraciət etsələr də, sualları cavabsız qalıb.

Məsələ ilə bağlı Bərdə rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Fərid Daşdəmirli isə bildirib ki, vətəndaşların üzləşdiyi problemdən xəbərsizdir. Həmin sakinlər yenidən müəssisəyə gələrək müraciət etsinlər.Onların problemi araşdırıldıqdan sonar lazımi köməklik göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?