Ev heyvanları alarkən diqqətli olmaq lazımdır

  • 08.08.2019
  • 0

Bazarlarda və müxtəlif sosial şəbəkələrdə ev heyvanlarının alqı-satqısı aparılır. Əksər hallarda isə bu işlə naşı adamlar məşğul olduğundan alınan heyvanlar qısa zaman sonra tələf olur. Bu isə heyvan sahiblənən ailənin üzvləri üçün stresə səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, ev heyvanı alarkən əsas satan şəxsin nə qədər məlumatlı olduğuna diqqət etmək lazımdır. Çünki əksər hallarda bazarda peyvənd vurulmayan heyvanlar satılır, bu isə onların qısa zamanda ölməsinə səbəb olur.

Uzun illərdir ev heyvanı saxlayan, çoxaldan və satan İsmət Rəcəbov bildirir ki, ev heyvanının psixologiyasını da mütləq yoxlamaq lazımdır. Bunun üsulu isə çox sadədədir.

Evdə saxlanmamalı olan itlər də var. Məsələn ''Haski'', ''Çoban iti''nin qapalı şəraitdə qalması heyvana psixoloji təsir göstərə və o tələf ola bilər. Hər heyvanın özünəməxsus qidalanması var və sahibi buna mütləq diqqət etməlidir.

Bundan başqa, heyvan mütləq sənədləri ilə satılmalıdır. Sənədlərin içində peyvəndin vurulma vaxtı və növü, sertifikatı və pasportunun olması da vacib amillərdəndir.

Nə düşünürsən?