Bu il əməkhaqqı fondu 20 faiz artıb

  • 08.08.2019
  • 0

6 ay ərzində 102 min yeni əmək müqaviləsi imzalanıb

Bu ilin altı ayında ərzində 102 min yeni əmək müqaviləsi qeydiyyata alınıb.

Bu sözləri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, minimum əmək haqqının növbəti dəfə artması, digər stimullaşdırıcı tədbirlərin, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi və s. həmin göstəricinin bundan sonra da davam edəcəyini deməyə əsas verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı isə REAL TV-yə müsahibəsində bildirib ki, əmək müqaviləsinin qeydiyyatı ilə bağlı aparılan maarifləndirici işlər işçilərin və işəgötürənlərin buna maraq göstərməsinə səbəb olur.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə hesab edir ki, əmək müqavilələrinin bağlanmasında ilk növbədə işçilər özləri maraqlı olmalıdırlar.

S.Babayev qeyd edib ki, bu il ərzində əmək haqqı fondu dövlət sektorunda 15 faiz, özəl sektorda 25 faiz olmaqla, ümumilikdə orta hesabla 20 faiz artıb.

Nə düşünürsən?