Bu ilin 6 ayında 11 mindən çox mənzilə qaz verilib

  • 08.08.2019
  • 0

Uzun müddətdir ki, tikintisi başa çatan, ancaq qazla təmin olunmayan 11 mindən çox mənzilə qaz verilib. Son 6 ayda həyata keçirilən bu tədbir ilin sonuna qədər daha çox mənzili əhatə edəcək.

Xezerxeber.az-ın məlumatına görə, qarşıdan gələn payız-qış mövsümü nəzərə alınaraq qaz çəkilməyən binalara qaz verilişi sürətləndirilir.

Bu, dövlət başçısının bəzi çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi ilə bağlı imzaladığı fərmana uyğun olaraq həyata keçirilir.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirir ki, qurum tərəfindən prezidentin fərmanı çərçivəsində son 6 ayda ciddi işlər görülüb.

Onun sözlərinə görə, bəzən tikinti şirkətlərinin qaz xətlərini quraşdırmaq üçün müqavilə bağladığı şirkətlər prosesi texniki göstəricilərə uyğun həyata keçirmirlər. Buna görə də "Azəriqaz" həmin binalara təhlükəsizlik səbəbilə qaz verilişi həyata keçirə bilmir.

Qeyd edək ki, tikintisi başa çatan, ancaq qaz xətləri istismara verilməyən çoxsaylı yeni binalar mövcuddur. Bu binalarda uzun illərdir ki, qaz yoxdur. Səbəb isə MTK-ların qaz xətlərini çəkməməsi, ya da çəkilən xətlərin texniki təhlükəsizlik qaydalarına uyğun olmamasıdır

Nə düşünürsən?