Qonşu ölkənin prezidenti həbs edildi

  • 08.08.2019
  • 0

Qırğız Respublikasının keçmiş prezidenti Bişkekə aparılır

Qırğız respublikasının keçmiş prezidenti Almazbek Atambayev təslim olub. Onunla birlikdə Sosial Liberal Demokratlar partiyasının təmsilçiləri olan Gündüz Joldubayev və Fərid Niyazov da var. Atambayevi təslim olmaq qərarından sonra isə onun tərəfdarları Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarının avtomobillərinin iqamətgahdan çıxmasına mane olmağa çalışıb. Son məlumata görə, Atambayev paytaxt Bişkekə aparılır.

Qeyd edək ki, iyun ayının sonunda Qırğız parlamenti Atambayevə qarşı irəli sürülən ittihamların siyahısını prokurorluğa təqdim edib. 

Sabiq prezident korrupsiyada, Əziz Batukayev üçün saxta tibbi arayışların hazırlanmasında və digər qanunsuz hərəkətlərdə ittiham olunur.

Bundan əlavə, iyun ayının 27-də eks-prezidentin toxunmazlığı da ləğv olunub. Atambayevin saxlandığı təqdirdə o ömürlük cəzalana bilər. Sabiq prezident ittihamların absurd olduğunu bildirib.

Qeyd edək ki, bu gün Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin malikanəsinə polis qüvvələri 3-cü dəfə hücum edib. Toqquşmalarda 1 nəfər ölüb, 79 nəfər – o cümlədən 27 xüsusi təyinatlı yaralanıb. Ötən gün girov götürülən 6 xüsusi təyinatlının da azadlığa buraxıldığı məlumdur.

Prezident Soorunboy Jeenbekov isə Almazbek Atambayevin şahid kimi deyil, təqsirləndirilən şəxs kimi istinatqa cəlb olunacağını söyləyib. Onun sözlərinə görə, silahlı müqavimətin göstərilməsi ağır cinayət faktıdır.

 

****

16:12

 

Son iki gündə Qırğızıstanda Koy-Taş kəndində ölkənin sabiq prezidenti Almazbek Atambayevə qarşı keçirilən əməliyyatlar zamanı yaranmış qarşıdurmada yaralananlar arasında Azərbaycanlılar yoxdur.

Bu barəde REAL TV-yə Azərbaycanın Qırğızıstandakı səlahiyyətli səfiri Hidayet Orucov məlumat verdi. Onun sözlərinə görə hadisələr əsasən Koy Taş kəndində və yaxınlığında cərəyan edir orada isə Azərbaycanlılar yaşamır.

Qırğızıstanda yaşayan həmyerlimiz Nüsrət Məmmədov isə bildirdi ki ümumən ölkədə ve mərkəzdə sabitlikdir və həyat öz axarında davam edir.

Xatırladaq ki, dünəndən başlayaraq Qırğızıstanda Koy-Taş kəndində ölkənin sabiq prezidenti Almazbek Atambayev ile Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin xüsusi təyinatlıları arasında qarşıdurma yaşanır.

Nə düşünürsən?