Bu hava nə vaxta qədər davam edəcək?

  • 08.08.2019
  • 0

Yay fəsli olmasına baxmayaraq, son günlər ölkəmizdə küləkli və yağışlı hava şəraiti hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, hidroloqlar belə hava şəraitinin və nisbətən mülayim temperatur göstəricilərinin avqust ayı üçün səciyyəvi olmadığını bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, son 15 il ərzində avqust ayının birinci ongünlüyündə belə hava şəraiti Bakıda 2009 və 2013-cü illərdə qeydə alınıb.

Gülşad Məmmədova yaxın günlərdə də hava şəraitinin nisbətən mülayim olacağını bildirir.

Bölgələrə gəlincə, bəzi şimal və şərq rayonlarında yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı və dolu düşəcəyi gözlənilir.

Nə düşünürsən?