Rahidədən şok sözlər: "Elə nifrət edirəm ki, ölsə, ona bir qaşıq su vermərəm"

  • 08.08.2019
  • 0

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonaqlarından biri müğənni Rahidə Baxışova olub.

AzNews.az xəbər verir ki, müğənni öz məktəb həyatında yaşadığı travmadan danışıb. Öz riyaziyyat müəllimini onu döydüyü üçün bu günə kimi bağışlaya bilmədiyini bildirib:

"Dırnaqlarıma lak çəkib məktəbə getmişdim. Müəllim xətkeşlə əllərimə vurdu. Ona o qədər nifrət edirdim ki, bu günə kimi deyirdim ki, o qadın ölsə, ona bir qaşıq su vermərəm. Sonra psixoloqa getdim. Keçmişdə yaşadığım pis hadisələri unutmağa başladım".

Nə düşünürsən?