96 yaşında məhkəməyə çıxarıldı - Dünya bu görüntülərdən danışır

  • 08.08.2019
  • 0

ABŞ-ın "ABC" kanalında yayımlanan "Caught in Providence" proqramında maraqlı anlar yaşanıb. Real məhkəmələrin göstərildiyi proqramda 82 yaşlı hakim Frank Kaprio və 96 yaşlı Koella adlı şəxs üz-üzə gəliblər.


"Mr. Coella" adı ilə tanıdılan şəxs yüksək surətlə avtomobil idarəetməsi səbəbi ilə hakim qarşısına çıxarılıb. O, çox da sürətli sürmədiyini, 96 yaşında olduğunu və yavaş sürdüyünü deyib. Koella bildirib ki, xərçəng müalicəsi alan 63 yaşlı oğlunu tez-tez həkimə aparmaq məcburiyyətində qalır.


Onun bu sözlərindən təsirlənən hakim Frank Kaprio isə deyib ki, "90-lı yaşlardasan və hələ də ailənə baxırsan. Bu mükəmməl bir şeydir". Görüntülərin sonunda hakim ona cəza vermədən məhkəməni başa vurub.


Görüntülər sosial mediada geniş müzakirəyə səbəb olub və insanlar tərəfindən maraqla qarşılanıb:

Nə düşünürsən?