İmişlidə pambıq sahələrinin su problemi

  • 07.08.2019
  • 0

Pambıq çox amma suvarmaqda problemlər var.İmişli rayonunun Aranlı və Hacı Rüstəmli kəndindən olan fermerlər əkdikləri pambıq sahələrini suvara bilmirlər. Fermerlər deyir ki, hazırda pambıq salərin 4 cü dəfə suvarılmaıdır amma onlar heç 2-ci suvarmanı həyata keçirməyiblər.

Veregtasiya dövrü olduğu üçün bu ərəfədə sahələrin suvarılması vacibdir əks halda məhsuldalıq ciddi şəkildə aşağı düşəcək. Hətta bəzi sahələrdə susuz qaldığından pambıq açmağa başlayıb.

Fermerlər qeyd edir ki, müxtəlif şirkətlərlə müqavilə bağlayıb hektarlarla sahələrdə pambıq səpini aparıblar.Və bu gün hər biri ayrı-ayrılıqda müqavilə bağladıqları zavodlara borcludurlar.Sahələr susuz qaldığından borclarını necə qaytaracaqlarını düşünürlər.

Fermerlər qeyd edirlər ki, sahələrini Əzizbəyov kanalından sulayırlar.Hazırda kanalda su olmadığından 200 hektardan çox sahə susuz qalıb..

Məsələyə cavabdeh olan Melorasiya və Su Təsərüfatı ASC-nin İmişli Suvarma Sistemləri İdarəsinidən bildirdilər ki, vətəndaşların şikayətlərindən xəbərdardılar. Bildiriblər ki hazırda su qıtlığı ilə bağlı suvarma növbəlilik prinsipi əsasında aparılır və digər kanal üzərində əkilmiş 42 hektar pambıq sahəsində suvarılma aparıldığından Əzizbəyov kanalına axıdılan su həmin əraziyə yönləndirilib. Suvarma yekunlaşdıqdan sonra sakinlərin şikayət etdikləri ərazini su ilə təmin olunacaq.

Fermerlər isə onlara su öatanadək məhsulun tamamı ilə məhv olmasından narahatdırlar.

Nə düşünürsən?