24 yaşlı gənc toya gedən qohumlarını şoka saldı

  • 07.08.2019
  • 0

Mənzillərdən pul,qızıl-ziynət və məişət əşyaları oğurlayan şəxslər saxlanıldı.

Bərdə rayonunun Rayonun Divanlı kənd sakini Rahib Məhərrəmov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.Rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən oğurluq edən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuşEldəniz Əliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs qohumları, Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Aftandil Şahbazovla və Goranboy rayon sakini Təyyar Uğurluyevlə əlbir olaraqBərdə rayonunda əlavə 3 mənzildən və Ucar rayonunda 1 mənzildənpul, qızıl-zinət və məişət əşyaları oğurlayıblar.

Qubada isə qohumlarının evindən oğurluq edən şəxs saxlanılıb.Quba rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.Araşdırmalar zamanı məlum olub ki, Qalib Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində olmasından istifadə edərək onlara məxsus fərdi yaşayış evindənn pul və qızıl-zinət əşyaları oğurlayıb.

Həmin şəxstərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Xızı rayonunda isəyaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən bakı şəhər sakini, 37 yaşlı Anar cəfərov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis əməkdaşları tərəfindən onun xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zaman441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb. hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.