Bakıda atışma oldu

  • 07.08.2019
  • 0

akının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Oxu.Az-ın verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahla xəsarət alıb. 

Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.