Xavi özündən çıxdı, ayaqqabısını azarkeşlərə atdı

  • 07.08.2019
  • 0

“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi maraqlı jesti ilə diqqət mərkəzinə düşüb.

O, Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Əl Duhail” ilə keçirilən matçda əsəblərinə hakim ola bilməyib və ayaqqabısını tribunaya tərəf atıb. 


1:1 hesabı ilə bitən oyunda hakimin rəqib qapısına penalti təyin etməməsindən narazı qalan Xavi etirazını bu cür bildirib. 

Qeyd edək ki, oyunçu karyerası ərzində qırmızı vərəqə almayan Xavi 1998-2015-ci illərdə  “Barselona”da çıxış edib. O, 2019-cu ilin mayında “Əl Sədd” klubunda futbolçu karyerasını başa vurduqdan sonra bu kluba baş məşqçi təyin edilib.

Nə düşünürsən?