Azərbaycanlılar Brus Linin məzarını ziyarət edib - Salavat çevirdilər

07.08.2019 | 672 | 0

Bir qrup azərbaycanlı məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor Brus Linin qəbrini ziyarət edib.

Unikal.org xəbər verir ki, azərbaycanlılar ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında dəfn edilən  Brus Li və onun oğlu Brendon Linin məzarına  gediblər. Onlar qəbirüstə salavat gətirib. Sonra həmyerlilərimizdən biri digərlərinin əlinə gülab suyu töküb.Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, məşhur döyüşçü Brusli 1973-cü ildə, oğlu Brendon Li 1993-cü ildə "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından aldığı güllə yarasından ölüb.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Yüklənir...